Elif Şafakla müsahibə

“Kişilik də forma kimi əynimizə geyindirilib”

Elif Şafak-Dünyanın müxtəlif ölkələrindən oxucularınız var. Ən çox hansı ölkədən yazırlar?
— Son vaxtlar mənə Azərbaycan, Hindistan, Pakistan, İran, İndoneziya və Ərəbistandan yazırlar. Əvvəllər çox fikir vermirdim. “Twitter”də aktiv izləyirlər.

“İsgəndər” kitabı qadına təcavüz mövzusu ilə diqqət çəkmişdi. Kitab çıxandan sonra təcavüzə məruz qalan qadınlardan sizə yazanlar olub?
—  Çox maraqlı məktublar və e-maillər aldım oxuculardan. Universitetlərdən, həbsxanalardan təkcə qadınlar yox, arvadlarına, yaxud ailə üzvlərinə xəsarət yetirən, təcavüz edən kişilərdən peşmançılıq məktubları gəlirdi.
Mən “İsgəndər”də kişiləri pisləməmişəm. Demək istədiyim bu idi: Kişilik də əynimizə forma kimi geyindirilir.
Bizdə qadın hərəkatları hər şeyi qadınların üstünə fokuslayır, qadının hekayəsini önə çəkir, halbuki atalıq, ərlik, qardaşlıq anlayışının dəyişməyə daha çox ehtiyacı var. Təbii, qadının hekayəsi də vacibdir, amma kişinin hekayəsini bilmədikcə təcavüz cinayətlərini həll edə bilmərik.
Biz qadınlar da cəmiyyətin kişi mərkəzçi olmağında az rol oynamırıq. Oğullarımızı elə böyüdürük, ərimizi güclü görmək istəyirik.


Ardı →

Rəşad Nuri Güntəkin

Rəşd Nuri Güntəkin 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirir.

Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihat və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalarda bulunur.


Ardı →